Cəlilabad rayonunda yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı mühüm elmi yeniliklər üzə çıxıb.
İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, rayonun Cəfərxanlı kəndi ərazisində yerləşən abidədə aparılan tədqiqatlar nəticəsində sənətkarlıq məhəlləsinin mövcudluğu müəyyən edilib. Arxeoloqlar tərəfindən aşkarlanan bu tapıntılar ərazidə qədim dövrlərdə sənətkarlığın inkişaf etdiyini göstərir.
Qeyd edək ki, əldə olunan yeni faktlar Paşatəpənin regionun tarixi və mədəni irsində mühüm yer tutduğunu bir daha təsdiqləyir.
