2026-cı il futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilir. Turnirin ilk yarımfinal qarşılaşmasında İspaniya və Fransa milliləri üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu qarşılaşma finala yüksələcək ilk komandanın müəyyənləşməsi baxımından böyük maraq doğurur.
