Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 15-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, Baş nazir Qətərin görkəmli dövlət xadimi, Ata Əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb. Əli Əsədov daha sonra Qətərin Azərbaycandakı səfiri ilə görüşərək başsağlığını çatdırıb.
