Azərbaycan estrada musiqisinin və kino sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Mirzə Babayevin bu gün doğum günüdür.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa qəsəbəsində dünyaya göz açıb.
O, təkcə müğənni kimi deyil, həm də kino aktyoru və memar kimi Azərbaycan mədəniyyətində dərin iz qoyub. Yaradıcılığı dövründə 30-dan çox filmdə rol alan sənətkar uzun illər Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərib və estrada musiqisinin inkişafında mühüm rol oynayıb.
Mirzə Babayev 1956-cı ildə “Əməkdar artist”, 1992-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Onun sənəti və ifası bu gün də tamaşaçılar tərəfindən sevilir və xatırlanır.
Qeyd edək ki, böyük sənətkar 2003-cü ildə vəfat etsə də, onun zəngin yaradıcılığı Azərbaycan mədəniyyət tarixində yaşayır.
