Azərbaycan və Slovakiya arasında məxfi məlumatların mübadiləsinə dair saziş imzalanıb
Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalanıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.
Bildirilib ki, Slovakiya Respublikasının Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində qonaqlar DTX-nin rəisi, general-polkovnik Əli Nağıyevlə görüş keçirib, qarşılıqlı maraq doğuran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” imzalanıb.
