İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski son 24 saat ərzində Rusiyanın bir sıra bölgələrində müxtəlif obyektlərə zərbələr endirildiyini açıqlayıb.
Onun sözlərinə görə, Samara və Volqoqrad vilayətlərində neft obyektləri hədəfə alınıb. Həmçinin Qara dənizdə, eləcə də Voronej, Nijni Novqorod, Volqoqrad, Samara və Krasnodar bölgələrində əməliyyatlar keçirilib.
