“Qafqazinfo”nun məlumatına görə, bu barədə onun atası açıqlama verib.
Bildirilib ki, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı İldırım Mirməmmədovdan bir neçə gündür xəbər yoxdur. Onun atası Natiq Məmmədov sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, oğlu ilə sonuncu dəfə cümə günü görüntülü zəng vasitəsilə danışıb. Həmin vaxtdan sonra isə onun telefonu sönülü vəziyyətdədir və “WhatsApp” vasitəsilə göndərilən mesajlara cavab verilmir.
Məlumata görə, İ.Mirməmmədovun Portuqaliyanın Setubal şəhəri yaxınlığında və ya Nazaré ərazisində yaşayıb işlədiyi ehtimal olunur.
Atasının sözlərinə görə, oğlu gəmiqayırma və digər sahələrdə fəaliyyəti olan moldovalı sahibkara məxsus avtoservisdə çalışırmış.
Ailə artıq məsələ ilə bağlı Portuqaliya polisinə müraciət edib.
