Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 3 nəfərin batması ilə bağlı hadisə baş verib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar xəttinə daxil olan məlumata əsasən, hadisə nəzarətsiz ərazidə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 1,3 km aralıda qeydə alınıb.
Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Axtarış-xilasetmə tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü A. Həmidova xilas edilərək ilkin tibbi yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib. 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkarlanıb.
Hazırda 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
