Narkomaniya və onlayn kazino asılılığı müasir cəmiyyətin ən təhlükəli problemlərindən hesab olunur. Hər iki bəla insanın sağlamlığını, ailəsini, maddi durumunu və gələcəyini ciddi təhlükə altına salır.
Aparılan müşahidələr göstərir ki, xüsusilə gənclər bu risklərlə daha çox üzləşirlər. Asan qazanc vədləri, sosial şəbəkələrdə yayılan saxta reklamlar və yanlış təbliğat minlərlə insanı asılılıq girdabına sürükləyir. ilkinxeber.az informasiya agentliyinin araşdırmasına görə, narkotik və onlayn qumar asılılığı yalnız fərdi problem deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyi və rifahı üçün ciddi təhdiddir.
Mütəxəssislər hesab edirlər ki, bu təhlükələrin qarşısını almağın ən təsirli yolu maarifləndirmə, ailə nəzarətinin gücləndirilməsi və gənclərin elmə, idmana, mədəniyyətə və sağlam həyat tərzinə istiqamətləndirilməsidir.
Unutmayaq ki, asan qazanc və saxta xoşbəxtlik vədləri sonda peşmançılıqla nəticələnir. Hər birimiz özümüzü və yaxınlarımızı bu təhlükələrdən qorumalı, narkomaniyaya və onlayn kazinoya qətiyyətlə “YOX!” deməliyik. Sağlam gələcək düzgün seçimdən başlayır.
