ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, ABŞ Administrasiyasının İranla bağlı mümkün hərbi və siyasi addımları yenidən nəzərdən keçirilir.
Məlumata əsasən, müvafiq məzmunlu elektron məktubda qeyd olunur ki, Vaşinqtonun İranla bağlı hərəkət variantları məhduddur və təqdim edilən bəzi ssenarilər qəbulolunmaz hesab edilir.
Mənbənin bildirdiyinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yeni təklif və yanaşmaları qiymətləndirməyə hazırdır. Hərbi rəsmilər də etiraf edirlər ki, İran istiqamətində mövcud strategiyanın yenilənməsi və yenidən qiymətləndirilməsi zərurəti yaranıb.
