Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında “Məkkə Sazişi” imzalanıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, imzalanan sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı həyata keçirilən hücum bütün iştirakçı ölkələrə qarşı yönəlmiş hücum kimi qiymətləndiriləcək.
Saziş üç ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın daha da gücləndirilməsini nəzərdə tutur.
