Ukraynanın Odessa sahilləri yaxınlığında baş verən dron hücumu nəticəsində həyatını itirən “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkar edilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kapitanın nəşi Odessaya gətirilib və zəruri prosedurlar tamamlandıqdan sonra cənazənin Azərbaycana göndərilməsi təmin olunacaq.
Nazirlik həlak olan kapitanın ailəsinə və yaxınlarına başsağlığı verərək, Allahdan rəhmət diləyib.
