İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı raket və PUA zərbələri endirib.
Hücum zamanı ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilir. Zərbələr nəticəsində şəhərin bir neçə rayonunda yaşayış binaları, məktəb və uşaq xəstəxanası da daxil olmaqla müxtəlif obyektlərə ziyan dəyib.
Ukrayna hakimiyyətinin məlumatına görə, hücum nəticəsində ən azı 16 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb. Dağıntılar altında insanların qaldığı və xilasetmə işlərinin davam etdiyi bildirilib.
Hadisə ilə bağlı ölən və yaralananların sayının artacağı istisna edilmir.
