İspaniyada yay aylarında müşahidə olunan ekstremal isti hava şəraiti səbəbindən ölüm halları tarixi maksimuma yüksəlib. Yüksək temperaturun fəsadları nəticəsində bu yay ölkədə 5 232 nəfər həyatını itirib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, gündəlik ölüm hallarının monitorinqi sisteminin məlumatlarına əsasən, yalnız avqust ayında anomal istilər 2 147 nəfərin ölümünə səbəb olub.
Qeyd olunan göstərici əvvəlki illərin maksimum rəqəmlərini də geridə qoyub. Belə ki, 2022-ci ildə yüksək temperaturla əlaqəli 4 789, 2023-cü ildə isə 3 035 ölüm hadisəsi qeydə alınmışdı.
Bu ilin yayında isti havanın fəsadlarından dünyasını dəyişənlərin böyük hissəsi 65 yaşdan yuxarı şəxslərdir. Bu yaş qrupunda 5 048 ölüm hadisəsi qeydə alınıb. Ən yüksək risk qrupunda isə 85 yaşdan yuxarı insanlar yer alır.
İspan meteoroloqlarının məlumatına görə, 2026-cı ilin ilk yarısının son 65 ilin ən isti dövrü olduğu müəyyənləşib. 1961-ci ildən aparılan müşahidələrə əsasən, bu ilin iyun ayı tarixdə ən isti ikinci iyun, iyul isə ən isti və ən quraq iyul kimi qeydə alınıb.
