İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması nəzərdə tutulur.
Bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Sazişin qüvvəyə minməsi ilə Azərbaycan və İordaniya vətəndaşları ümumvətəndaş pasportu ilə qarşı tərəfin ölkəsinə səfər zamanı viza tələbindən azad edilə bilərlər.
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv olunur
Şərh edilməmiş
