Meksikalı bloqer Sesar Qastellum ölkənin şimal-qərbində yerləşən Kulyakan şəhərində canlı yayım zamanı silahlı hücum nəticəsində öldürülüb.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə fastfud restoranının qarşısında baş verib. Yerli KİV-lərin yaydığı məlumata əsasən, naməlum şəxslər bloqerə atəş açıb. O, aldığı güllə yaralarından hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır, hücumun səbəbi və cinayəti törədən şəxslərin kimliyi hələ açıqlanmayıb.
