Azərbaycan Ukraynaya qaz tədarük etməyə hazır olduğunu bəyan edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında bu barədə açıqlama verib.
Nazir bildirib ki, zərurət yarandığı təqdirdə Azərbaycan Ukraynaya qaz ixracını həyata keçirməyə hazırdır.
