Bakıda vəzifəli şəxsin meyiti aşkarlanıb.
İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.
Bildirilib ki, Saatlı rayon sakini, 35 yaşlı Xubayar Etibar oğlu Rüstəmzadə yaşadığı mənzildə ölü vəziyyətdə tapılıb. İlkin araşdırmalar zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib.
Qeyd edək ki, Xubayar Rüstəmzadə son olaraq Azərbaycan Beynəlxalq Bankında (ABB) Kreditlərin anderraytinqi və monitorinqi departamentinin Pərakəndə kreditlərin anderraytinqi şöbəsinin müdiri vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının eksperti kimi fəaliyyət göstərib.
Faktla bağlı araşdırma aparılır.
