İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, paytaxtın Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektlərdən birində yanğın hadisəsi baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
