Gürcüstanda baş verən ağır yol-nəqliyyat hadisəsi azərbaycanlı ailənin faciəsi ilə nəticələnib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Tbilisi şəhəri yaxınlığında yerləşən Soğanlıq kəndində baş verib.
Qəza zamanı 12 yaşlı Tapdıq Nuqzar oğlu Qəhrəmanov ağır xəsarətlər alıb. Yeniyetmə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə ilə bağlı yerli polis orqanı tərəfindən araşdırma aparılır.
