İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Zaqatalada minik avtomobilinin aşması nəticəsində dörd nəfər xəsarət alıb.
Hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Ramazanovun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan 17 yaşlı Tunar Ramazanov, 17 yaşlı Sənan Şabanov və 22 yaşlı Qismət Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyətinin ağır, digər yaralıların vəziyyətinin isə orta-ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
