Hesablama Palatasının səlahiyyətləri genişləndirilir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının büdcə layihəsinə və büdcənin icrasına, həmçinin bu sahə ilə bağlı qanun layihələrinə və illik hesabatlara rəy verəcək.
