İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Ağcabədi rayonunun Təzəkənd kəndində baş verib.
Məlumata görə, 48 yaşlı Məzahir İslamov (şərti ad) pambıq sahəsini suvarmaq məqsədilə artezianın fəaliyyətini dayandırıb. Hadisə yerinə gələn polis əməkdaşları suyun təsərrüfatlar arasında bərabər şəkildə bölüşdürüldüyünü ona bildiriblər.
Lakin M. İslamov polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq səs-küy salıb, nalayiq ifadələr işlədib və artezianın suyunu kəsib.
O, polis şöbəsinə aparılaraq barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə M. İslamov 8 sutka müddətinə inzibati qaydada həbs olunub.
Ağcabədidə pambıq sahəsinin suyunu kəsən şəxs həbs edildi
Şərh edilməmiş
