Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaratdığı sıxlıqla bağlı hər iki ölkənin gömrük xidmətlərinin rəhbərliyi arasında müzakirələr aparılıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Dövlət Gömrük Komitəsinin açıqlamasına əsasən, yaranmış sıxlığın aradan qaldırılması və sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, son bir neçə gündür sosial şəbəkələrdə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində yük avtomobillərinin uzun növbə yaratması ilə bağlı görüntülər yayılır.
