İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 18:00 radələrində qeydə alınıb. Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçmək üçün nəzərdə tutulmayan ərazidən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub.
Qəza nəticəsində hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
