İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran vasitəçilər vasitəsilə tərəflərə atəşkəs deyil, müharibənin tamamilə başa çatdırılmasını istədiyini çatdırıb.
Əraqçinin sözlərinə görə, İran münaqişənin müvəqqəti dayandırılmasından daha çox, hərbi qarşıdurmanın birdəfəlik sona çatdırılmasını və davamlı siyasi həllin əldə olunmasını istəyir. Hazırda İranla ABŞ arasında birbaşa danışıqlar dayanıb və diplomatik təmaslar əsasən vasitəçilər üzərindən həyata keçirilir.
