Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsinin mətni yaxın aylarda ictimaiyyətə təqdim ediləcək.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Paşinyan yeni Konstitusiyanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməməli olduğunu deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti “Qarabağ Hərəkatı”nı davam etdirmək əvəzinə, bu prosesə son qoymaq qərarı verib və ölkə vətəndaşları da həmin qərarı təsdiqləyiblər.
