İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı Rəhman Allahverdiyev idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini geriyə hərəkət etdirərkən yol kənarında dayanan 63 yaşlı İman Məmmədovu vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri və digər hallar araşdırılır.
