İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç karvanı Xocavənd rayonuna yola salınıb.
Bu mərhələdə 48 ailə, ümumilikdə 191 nəfər doğma yurdlarına köçürülüb. Köç edən ailələrdən 19-u (88 nəfər) Xocavənd şəhərinə, 11-i (42 nəfər) Qırmızı Bazar qəsəbəsinə, 13-ü (61 nəfər) isə Quzeyxırman kəndinə yola salınıb.
Uzun illər doğma torpaqlarından ayrı düşən sakinlər geri qayıdışın sevincini yaşayıb, yenidən öz yurdlarında məskunlaşmağın böyük qürur və sevinc hissi yaratdığını bildiriblər.
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam etdirilir.
