Bakıda və Abşeron yarımadasında sentyabrın 7-si gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Proqnoza görə, yarımadanın ayrı-ayrı ərazilərində yağış qısamüddətli leysan xarakteri daşıya, şimşək çaxa bilər.
Ölkənin rayonlarında isə sentyabrın 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı bildirilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Sentyabrın 7-si axşam və 8-i gecə saatlarında yağıntıların qısamüddətə güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.
Yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsinin artmasına səbəb ola bilər. Dağ çaylarından qısamüddətli sel keçməsi də istisna edilmir.
