İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında yağışın intensivləşəcəyi gözlənilir.
Paytaxt və Abşeronda temperatur gecə 15-17°, gündüz 18-22° isti olacaq.
Bölgələrdə də bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli və intensiv olacağı bildirilir. Şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Rayonlarda temperatur gecə 11-16°, gündüz 20-25° isti, dağlıq ərazilərdə isə gecə 2-7°, gündüz 13-18° isti olacaq.
