İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə qarşı əməliyyat keçirildiyini açıqlayıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
SEPAH-ın məlumatına görə, gecə saatlarında İordaniyada yerləşən “Kral Hüseyn” və “Əl-Əzraq” aviabazalarına zərbələr endirilib. Hücum zamanı hərbi təyyarələrin yerləşdiyi mövqelərin və texniki xidmət infrastrukturlarının məhv edildiyi iddia olunur.
Əməliyyatın SEPAH-ın Hərbi Kosmik Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilib. İran tərəfi hücumları ABŞ və İsrailin Larek adasına endirdiyi zərbələrə cavab olaraq qiymətləndirib.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Əl-Minhad” hərbi bazasının da İran PUA-larının hücumuna məruz qaldığı qeyd olunub.
ABŞ tərəfindən sözügedən hücumlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
