Bakıda və Abşeron yarımadasında yaxın günlərdə hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, Abşeron yarımadasının ayrı-ayrı ərazilərində şimşək çaxması, leysan xarakterli və intensiv yağıntıların düşməsi ehtimalı var. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi də istisna edilmir.
G.Məmmədova qeyd edib ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Bildirilib ki, sentyabrın 1-də səhər saatlarından yağıntılar tədricən kəsiləcək. Sentyabrın 2-si axşam saatlarından isə yağıntıların ölkə ərazisində tədricən dayanacağı gözlənilir.
Havanın maksimal temperaturunun aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.
