Bakının Xətai rayonunda sahibsiz itin piyadalara hücum etdiyi bildirilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə Hüseyn Rəsulbəyov küçəsində baş verib.
Hadisə zamanı sahibsiz itin ana və uşağa hücum etdiyi əks olunan görüntülər yayılıb. Kadrlarda qadının övladını qorumağa çalışarkən yerə yıxıldığı görünür.
Hadisə zamanı ətrafdakı şəxslər ana və uşağın köməyinə gəliblər.
Hadisə ilə bağlı əlavə məlumat verilmir.
