İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Elşad Gözəlov həmyerlisi, 1975-ci il təvəllüdlü Rövşən Şirinova atəş açaraq onu yaralayıb. Yaralı dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda müalicəsi davam etdirilir.
Hadisəni törədən Elşad Gözəlov isə daha sonra özünə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
