Moskvada Elvin Paşayev barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar məhkəmə aktında əksini tapıb.
İttihama əsasən, Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (külli miqdarda dələduzluq) üzrə iki epizodda cinayət törətməkdə təqsirləndirilir. Tuşino rayon məhkəməsinin qərarı ilə o, ibtidai istintaq dövrü üçün həbs edilib.
Məhkəmə sənədində həmçinin qeyd olunur ki, Paşayevlə bağlı cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“qəsdən adam öldürmə”) üzrə başlanmış digər işlə bir icraatda birləşdirilib.
İLKİNxeber.az
