ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə növbəti köç həyata keçirilib.
Bakıdan yola salınan köç karvanı Ağdama çatıb və sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə Ağdam şəhərinə 117 ailə olmaqla, ümumilikdə 362 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusuna, şəhid və qazilərimizə minnətdarlıqlarını ifadə ediblər.
