By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Gədəbəydə 34 illik qətlin təfərrüatı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > Gədəbəydə 34 illik qətlin təfərrüatı
Hadisə

Gədəbəydə 34 illik qətlin təfərrüatı

Lamiyə Turqay
Last updated: Sentyabr 1, 2026 12:20 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Gədəbəy Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat tədbirləri nəticəsində 34 il əvvəl baş vermiş qəsdən adam öldürmə cinayəti açılıb.

Hadisə 1992-ci il mayın 31-də Gədəbəy rayonunun Turşsu kəndi yaxınlığında yerləşən “Bəkdəmir yalı” ərazisində baş verib. Həmin ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyiti aşkarlanıb.

Faktla bağlı həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayəti törədən şəxsin müəyyən edilməsi mümkün olmadığından istintaq 1993-cü il martın 1-də dayandırılıb.

Sonradan cinayət işinin materialları və əməliyyat-qeydiyyat işi yenidən araşdırılıb. Araşdırma zamanı əlavə istintaq və əməliyyat tədbirlərinin keçirilməsinə ehtiyac olduğu müəyyən edilib. Bununla əlaqədar iş üzrə icraat 2026-cı il avqustun 28-də təzələnib.

Keçirilmiş tədbirlər nəticəsində qətlin Gədəbəy rayonunun Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədov tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunub.

İstintaqın məlumatına görə, Polad Məmmədov 1992-ci ilin mayında yaşadığı evdə atası Şahbaz Məmmədovun baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə zərbə endirərək onu qəsdən öldürüb. Daha sonra cinayəti gizlətmək və hadisənin başqa ərazidə baş verdiyi görüntüsünü yaratmaq üçün atasının meyitini evin yaxınlığındakı “Bəkdəmir yalı” ərazisinə aparıb.

Dindirmə zamanı P.Məmmədov törətdiyi əməli etiraf edib. O, avqustun 31-də şübhəli şəxs qismində tutulub.

Həmin gün onun əməli həmin dövrdə qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsindən 94-cü maddəsinin 6-cı bəndinə, yəni ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsinə tövsif edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Xəzərdə avtobus yük maşınına çırpıldı – ciddi ziyan!
Azərbaycanda gənc əsgər vəfat edib
Salyanda qətl: 60 yaşlı kişi kürəkənini vurdu
Əmircanda marşrut avtobusu ağaca çırpıldı: 11 nəfər xəsarət aldı
Ələddin Əzimlidən sevindirici xəbər: Xəstəxanadan evə buraxılıb
Share This Article
Facebook Email Print
Previous Article Günəşdə güclü partlayışlar baş verə bilər
Next Article Girnedə batan gəmidə 20 nəfər itkin düşüb
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?