İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyəli mütəxəssis Alka 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərib.
Bu müddət ərzində o, qadınlardan ibarət əsas milli komanda ilə yanaşı, U-16, U-18 və U-20 qızlardan ibarət milli komandalara da rəhbərlik edib.
Mütəxəssis baş məşqçi kimi Azərbaycan yığmalarının başında 70-dən çox rəsmi FIBA qarşılaşmasına çıxıb.
Onun rəhbərliyi ilə U-16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub. U-18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.
