Bakının Qaradağ rayonunda ölüm hadisəsi baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsində yerləşən daş karxanalarından birində qeydə alınıb.
Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Samir Adixan oğlu Abbasov işlədiyi zaman qəfil dünyasını dəyişib.
İlkin məlumata görə, gəncin ölümünə ürək çatışmazlığı səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
