ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, İnarə Vaqif qızı Mirhəsənova TƏBİB İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
İnarə Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub.
O, peşəkar fəaliyyəti dövründə maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Maliyyə və risklərin idarə edilməsi, sığorta, investisiya, strateji planlaşdırma və korporativ idarəetmə sahələrində geniş təcrübəyə malikdir.
Mirhəsənova son 10 il ərzində “PAŞA Qrup”un müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Yeni təyinatından əvvəl “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsini tutub.
