İsveçrənin Tiçino kantonunun Piotta bölgəsində yerləşən “Ritom” su elektrik stansiyasında güclü partlayış baş verib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə nəticəsində stansiya binasının bir hissəsi uçub.
İlkin məlumata görə, partlayış zamanı iki nəfər ağır bədən xəsarətləri alıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Hadisənin səbəbləri hələlik müəyyən edilməyib. İlkin ehtimallardan biri partlayışın stansiyanın istismara verilməsindən əvvəl aparılan sınaqlar zamanı transformatorla bağlı yaranan texniki nasazlıq nəticəsində baş verməsidir.
Hadisə yerində genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilir. Əraziyə yanğınsöndürənlər, xilasedicilər və “Rega” helikopteri cəlb olunub. Polis stansiyanın ətrafını nəzarətə götürüb.
Partlayışın hazırda fəaliyyət göstərən köhnə stansiyada, yoxsa yaxınlıqda inşa olunan və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni stansiyada baş verdiyi dəqiqləşdirilir.
İsveçrədə su elektrik stansiyasında partlayış
Şərh edilməmiş
