Azərbaycan Milli Məclisi Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiqləyəcək.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinin müzakirəsindən sonra sənədin parlamentin plenar iclasına çıxarılması gözlənilir.
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənəcək
Şərh edilməmiş
