By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Yeni sistem gediş haqqını bahalaşdıra bilərmi?
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > İqtisadiyyat > Yeni sistem gediş haqqını bahalaşdıra bilərmi?
İqtisadiyyat

Yeni sistem gediş haqqını bahalaşdıra bilərmi?

Lamiyə Turqay
Last updated: Sentyabr 11, 2026 8:17 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətlərinə görə subsidiyaların hesablanması və ödənilməsi qaydasının tətbiqinə başlanılıb.

İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, yeni sistem çərçivəsində daşıyıcılara sərnişin sayına əsasən deyil, əsasən qət edilən məsafə və göstərilən xidmətin keyfiyyətinə uyğun ödənişlərin verilməsi nəzərdə tutulur.

“Brutto müqavilə” modeli üzrə marşrutlarda fəaliyyət göstərəcək avtobusların sayı, hərəkət intervalı, qət olunacaq məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək. Bunun daşıyıcı şirkətlərə uzunmüddətli planlaşdırma aparmaq imkanı verəcəyi bildirilir.

Yeni mexanizmin avtobus parkının yenilənməsinə, müasir və ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə şərait yaradacağı gözlənilir.

Bəs yeni sistem gediş haqqının artmasına səbəb ola bilərmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələ ilə bağlı bildirib ki, əvvəlki sistemdə daşıyıcı şirkətlərin gəliri böyük ölçüdə sərnişin sayından asılı idi. Yeni modeldə isə şirkətlər sərnişin sayından asılı olmayaraq müəyyən edilmiş marşrut və xidmət tələblərini yerinə yetirməlidirlər.

Ekspertin sözlərinə görə, daşıyıcılar sərnişinlərə keyfiyyətli xidmət göstərməli, avtobusları günün müəyyən saatlarında xəttə buraxmalı və müəyyən edilmiş hərəkət qrafikinə əməl etməlidirlər.

Yeni sistemin sərnişinlər üçün əsas üstünlüklərindən biri avtobusların hərəkət intervalının daha dəqiq tənzimlənməsi ola bilər. Bu halda sərnişinlərin dayanacaqlarda uzun müddət avtobus gözləməsinin qarşısının alınması mümkün olacaq.

Eldəniz Cəfərov qeyd edib ki, sistemin əsas məqsədi daşıyıcı şirkətləri daha çox və keyfiyyətli xidmət göstərməyə təşviq etməkdir. Şirkətlərin marşrut üzrə daha çox hərəkət etməsi və müəyyən edilmiş xidmət göstəricilərini yerinə yetirməsi subsidiyaların həcminə təsir göstərəcək.

Ekspert gediş haqqının artırılması ilə bağlı isə hazırda konkret qərarın olmadığını vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə ödənişlərin məsafə və vaxta uyğun hesablanması müzakirə edilə bilər. Lakin bu məsələ hələlik ekspert müzakirələri səviyyəsindədir və konkret plan kimi rəsmiləşdirilməyib.

Azərbaycanda Beynəlxalq İnvestisiya Forumuna hazırlıq başladı
Həkimlərin maaşı 3 min manatadək artırılır
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüş keçirdi
Azərbaycan Afrika ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirir
Xəzərdə sərnişin daşımaları yenidən başlayacaq
Share This Article
Facebook Email Print
Previous Article Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənəcək
Next Article Xankəndi yenidən yaşayış və inkişaf mərkəzinə çevrilir
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?