Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya imkanlarının inkişafı məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi və işgüzar əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
