İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın dövlət borcu cari ilin əvvəlindən 2 milyard 91,2 milyon manat və ya 8% azalıb.
Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 1-nə ölkənin dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib.
Borcun 7,7 milyard manatı xarici, 16,2 milyard manatı isə daxili borcun payına düşür.
Hesabat dövründə dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti də azalıb. Belə ki, bu göstərici ilin əvvəlindəki 20,1%-dən 17,3%-ə enib.
