İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Astara gömrük postunda 97 kiloqramdan çox marixuananın Azərbaycan ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.
İrandan Rusiyaya “təzə kahı” yükü aparan nəqliyyat vasitəsi “Cənub-Astara” gömrük postunda yoxlanılıb.
Xidməti itin reaksiyasından sonra paletlərdən birinə baxış keçirilib. Yoxlama zamanı kahı yeşiklərinin altında gizlədilmiş 90 qablaşdırmada narkotik vasitə aşkarlanıb.
Ümumi çəkisi 97 kiloqram 685 qram olan marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.
