İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, müəllimlərin geyimi ilə bağlı müəyyən dəyişikliklər edilib və yaxın günlərdə yeni qaydaların açıqlanması gözlənilir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, söhbət müəllimlər üçün vahid geyim formasının tətbiqindən getmir. Burada əsas məqsəd müəllimlərin geyimi ilə bağlı müəyyən tələblərin müəyyənləşdirilməsidir.
Emin Əmrullayev qeyd edib ki, müəllimlər müəyyən geyim qaydalarına riayət etməlidirlər.
Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar hazırlanır
Şərh edilməmiş
