ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, “Çevik” ləqəbi ilə tanınan tiktoker Məcid Bağırov və Kamran Bilalov həbs ediliblər.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham irəli sürülüb.
İttihama əsasən, hər iki şəxs cəmiyyətdə dini nifrət və düşmənçiliyin salınmasına yönələn əməllərin törədilməsində şübhəli bilinirlər.
