İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına Xalq artisti Müslüm Maqomayevin adı verilib.
Bununla bağlı Dağıstan rəhbəri vəzifəsini icra edən Fyodor Şukin tərəfindən müvafiq fərman imzalanıb.
Qərara əsasən, teatr bundan sonra görkəmli Azərbaycan və sovet müğənnisi, bəstəkarı və Xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq.
Dərbənddə Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Şərh edilməmiş
